• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2137
— 14.11.2018 14:55

Gəncədə maarifləndirici ekoloji aksiya təşkil edilib

KepezTV Player

Gəncədə Aqrar İnkişaf Könüllülərinin təşəbbüsü ilə maarifləndirici ekoloji aksiya keçirilib. “Gəncəmizi təmiz saxlayaq” adlı  aksiya Xan Bağı istirahət guşəsinin ərazisində təşkil edilib. Azərbayacn Dövlət Aqrar Universtetin tələblərindən ibarət yaradılan bu könüllülər istirahət parkının ərazisində olan fantanları təmizləyib,  məişət tullantılarını, yarpaqları şəhər kənarındakı paliqonuna daşımaq üçün bir yerə yığıb. Aksiyanın əsas məqsədi regionlarda ekoloji mədəniyyətin inkişafına nail olmaq, eləcə də əhalidə ətraf mühitin vəziyyətinə dair şəxsi məsuliyyət hissini formalaşdırmaqdır.

Nərminə Hüseynova - aksiya iştirakçısı – “Aqrar İnkişaf Könüllüləri olaraq Gəncə şəhərində bir sıra layihələrimiz olub. Bu layihələrdə iştirak etməklə həm dünya görüşümüzü artırırıq, həm də yüksək ixtisaslı kadr olmaq üçün müəyyən təcrübələr əldə edirik”.

Valeh Əsədov - aksiya iştirakçısı – “ Gəncəçay Park Bulvar Komleksində, Heydər Əliyev Park Kompleksində olmuşuq və orada da işləyərək ekoloji mədəniyyədin formalaşdırılmasına öz töhfələrimizi vermişik”. 

 

Elnur Vahidoğlu