• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 834
— 14.11.2018 10:02

Xiaomi ən ucuz noutbuk təqdim edib

Xiaomi şirkəti Mi Notebook modelinin 15,6 düym diaqonallı yeni noutbukunu təqdim edib. Artıq satışa çıxarılan noutbukun qiyməti 3399 yuan (təxminən 834 manat) təşkil edir. Noutbuk 16,6 dioqanallılar arasında ən ucuzudur. Mi Notebookun prosessoru 8-ci nəsil Intel Core i3, operativ yaddaşı 4 qiqabaytdır, amma 32 QB-dək artırma imkanı var. Sərt diskin həcmi isə 128 QB-dır. Noutbukun korpusunun tam olaraq metaldan olmasına baxmayaraq Mi Notebook yüngül və istifadədə rahatdır.