• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2055
— 14.11.2018 10:01

Süni intellektli elektrik taxıc yuvası yaradıldı

Currant şirkəti süni intellekt alqoritmləri ilə işləyən Smart Outlet adlı "ağıllı" elektrik taxıc yuvası hazırlayıb. Bu taxıc yuvası ona qoşulmuş qurğular tərəfindən istehlak edilən elektrik enerjisini hesablayır və xüsusi mobil proqram vasitəsilə istifadəçiyə enerji effektivliyinin artırılması üzrə öz tövsiyələrini verir. Smart Outlet 2 taxıc yeri olan adapterdir. Hər bir yuvanı iOS və Android sistemlərində işləyən proqramdan məsafədən və ayrı-ayrılıqda idarə etmək, həmçinin Amazon Alexa və Google Home smart səsgücləndiricilərinə qoşmaq mümkündür. İstehlak edilən enerjinin miqdarının qrafiki real vaxt rejimində göstərilir. "Ağıllı" taxıc yuvası Bluetooth və Wi-Fi üzrə qoşulma olmaqla 2 variant üzrə əlçatandır. "Vay-fay" model səsli köməkçilərə inteqrasiya edilə və istənilən yerdən idarə oluna bilər. "Blutuz" versiyanın qiyməti 49,99 dollar, Wi-Fi versiyanın qiyməti isə 59,99 dollardır.