• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2274
— 13.11.2018 15:53

Daşkəsənin dağ kəndlərində elektik təsərrüfatı yenilənir

KepezTV Player

Daşkəsəndə bir neçə kəndin elektrik təsərrüfatı yenilənir. İşlər əsasən dağ kəndlərində aparılır və qışa hazırlıq məqsədi daşıyır.

Daşkəsəndə 11 yaşayış massivinin elektrik təsərrüfattının yenilənməsi əhalini dayanıqlı və fasiləsiz elektrik enerji ilə təmin etməyə yönəlib. Azərişıq tərəfindən apaılran işlər Kəmərqaya kəndində və Mədətlər qəsəbəsində yekunlaşmaq üzrədir. Burada sovet dönəmindən qalan dayaqlar, xəttlər və transvortmator məntəqsi yenilənib.

İlham Rzayev – sakin: “Sovet dönəmində basdırılan dirəklər artıq çürümüşdür. İşığımız fasilələrlə verildi, tez-tez xəttlərimizdə qırılmalar olurdu”

Əziz Ələsgərov – sakin: “Əvvələr işıqla bağlı ciddi problemlərimiz var idi. Xəttlər tez-tez sıradan çıxırdı, indi yenidən bərpa olunmağa başlayıb. Sevinir ki, işıq sarıdan əziyyət çəkməyəcəyik”

7 min 600 abonentə xidmət göstərən Daşkəsən Elektrik Şəbəkəsi qış mövsümünə hazılrıq işlərini də davam etdirir.

Ələddin Rzayev – Daşkəsən Elektrik Şəbəkəsinin baş mühəndisi: “Əhlaini dayanıqlı elektrik enerji ilə təmin etmək üçün, 450 ədəd dayaq basdırılb, 19 km müxtəlid diametrili sip kabel çəkilib, 150 ədəd 0.6 kilovoltluq xəttlərin dayaqları dəyişdirilib, Xoşbulaq xəttində əlavə yüklənmə nəzərə alınaraq, 5 min 600 metr məsafədə yeni xətt çəkilərək abonentlərin istifadəsinə verilibdir. Qışa hazırlıq məqsədilə 45 ədəd müxtəlif gücə malik olan yarımstnasiyalarda cari təmir bərpa işləridə aparılıb.

Şəbəkənin xidməti ərazisində baş verə biləcək qəza hallarını operativ şəkildə aradan qaldırılması üçün texnikalar da asz vəziyyətə gətirilib.