• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1083
— 12.11.2018 10:01

Maye robot yaradılıb

Çin və Avstraliya alimlər qrupu darısqal yerlərdə hərəkət edən və formasını dəyişən maye robot yaradıb. Maye robot litium batareya ilə işləyir və ovuca yerləşir.

İxtira plastik təkər və maye qallium akkumulyatordan ibarətdir. Robotun təkəri maye ağırlıq mərkəzini dəyişən zaman fırlanmağa başlayır. Ona gərginlik isə quraşdırılmış batareya vasitəsilə ötürülür. Alimlərin sözlərinə görə, miniatür robotlar orqanizm daxilində xərçəng şişlərini aşkarlaya və müalicə edə, eləcə də onlara dərmanları dəqiq çatdıra bilirlər.  Tədqiqatçılar ümid edirlər ki, gələcəkdə qurğuların maye konstruksiyası onlara əlçatmaz yerlərə daxil olmağa imkan verir və buna görə insanları uçqunlar altından xilas edə biləcək. Maye robotun prototipinin əsasını təşkil edən qallium elektron sxem və yarımkeçiricilərdə istifadə edilən yumşaq gümüşü materialdır.