Bu günə xəbərlərin oxunma sayı: 1184
— 09.11.2018 16:11

Gəncədə avtomobil qaçırılıb

KepezTV Player

Gəncə sakini axşam yaşadığı binanın qarşısında saxladığı avtomobilini səhər tapa bilməyib və hələlik qaçırılan avtomobilindən xəbər yoxdur. Avtomobilinin qaçırılmasından narahat olan şəxs polisə məlumat verib.

Cəfər Qarayev - zərərçəkən: Ayın-7dən 8-nə keçən gecə gətirdim saxladım. Səhər saat 07:30 da düşəndə gördüm maşın yoxdur. Uşağı məktəbi aparırdım gördüm yoxdur. O gündən də maşından bir soraq yoxdur.

Gəncə şəhər sakini Cəfər Qarayevin nəql etdiyi hadisə 3-cü mikrarayon bina 24-ün qarşısında qeydə alınıb. Zərərəçəkənin sözlərinə görə Vaz 21 07 markalı avtomobilində özünə və ailə üzvlərinə məxsus sənədlər, eləcə də pensiya və ödəniş kartları, nəğd pul olub.

Cəfər Qarayev - zərərçəkən: Maşının sənədləri özümün sənədim kimliyim sürücülük vəsiqəm anamın pensiya kartı özümüm maaş kartım sonra müəyən miqdarda 25-26 manat pul və digər əşyalar olub.

Cəfər Qarayev hadisə barədə Kəpəz rayon polis idarəsinə rəsmi müraciət edib. Avtomobili qaçıran şəxs və ya şəxslərin müəyən edilib saxlanılması istqiamətində intensiv əməliyyat axtarış tədbirləri davam etdirilir.

Natiq Hüseyn