• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2065
— 09.11.2018 14:34

Gəncədə gənclər Bayraq günündə bir araya gəlib

KepezTV Player

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan indiki Dövlət bayrağının məh 100 il bundan öncə bu gün təsis edilməsinə diqqət çəkilib. Türkçülüyü, demokratiyanı və islamı təbliğ edən atributun müstəqilliyimiz, azadlığımız təntənəsi olduğu vurğulanıb. Tədbirin bədii hissəsində Gəncə Tibb Kollecinin tələbələrinin ifasında vətənpərvərlik mövzusunda mahnılar və şerlər səsləndi. Ardından Gəncə və Şəmkir yeniyetmələrinin rəsm və dekorativ əl işlərinə baxış oldu. Bayrağa, Xalq Cumhuriyyətinə həsr olunan 34 əl işi maraqla qarşılandı. Sərgidə ən yaxşı rəsm əsərləri münsiflər tərəfindən qalib elan edilərək mükafatlandırılıb. Gəncə idamançılarının nümunəvi çıxışları da olub.

Xəyalə Qurbanova - Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun baş məsləhətçisi – “Uşaq Gənclər İnkişaf mərkəzində bu cür tədbir təşkil edilid. Gəncə şəhərində tədbirlər mütamadi həyata keçirilir. Eləcədə tələbə gənclər təşkilatları, qeyri hökümət gənclər təşkiltları bu işdə yaxından iştirak edir. Bu cür tədbirlərin təşkilində əsas məqsəd gəncləri vətəndaşlıq tərbiyyəsi istiqamətində onları maarifləndirmək, onları torpağına, bayrağına, simvoluna hörmət ruhunu aşılamaqdan ibarətdir”.

Elnur Vahidoğlu