• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1984
— 08.11.2018 23:33

Ev sahibi yanğında qohumlarını günahlandırır

KepezTV Player

Şəmkirdə də yanğın olub. Keçili kəndində həyət evi yanıb. Kənd sakini Ruhiyyə Məmmədovaya məxsus, ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaqlı ev içindəki əşyalarla birlikdə yararsız hala düşüb. Hadisə yerinə FHN-in Şəmkir Dövlət Yanğından Mühafizə Hissəsinin briqadası cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində alov ram edilib. Yanğının ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb. Hadisənin baş vermə səbəbləri araşdırılır. Ev sahibi iddia edir ki, yanğın yaxın qohumları tərəfindən qəsdən törədilib.