• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1615
— 08.11.2018 14:22

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsində dəyirmi masa keçirilib

KepezTV Player

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsində Ölkə başçısı İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərmanın müzakirəsinə həsr edilən dəyirmi masa keçirilib. Genetik yaddaşımızın olan Azərbaycan dili nəzillərimizdən bizə ötürülüb gəlib. Məhz elə buna görədə bu dili sevə-sevə qorumaq lazımdır.  Həm yazılarda həm də şifahi nitqdə dilin saflığına fikir verilməlidir. Milli varlığımız və  milli kimliyimiz olan ana dilimizin saflığının qorunması, onun elmi əsaslarla tətqiqi işinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Prezindeti tərəfindən çox saylı qərar və sərəncamlar imzalanıb. Ölkə prezindenti həmişə alimlərlə görüşlərində də dilimizin qorunması, zəngilləşdirilməsi işinin düzgün təşkili ilə bağlı dəyərli tövsiyyələr verir. Sonda alimlər və tədqiqatçıların iştirakı ilə dilimizin saflığının qorunması ilə bağlı görülməsi vacib olan müzakirələr aparılıb.

Ruziyə Quliyeva - AMEA-nın Gəncə bölməsinin Humanitar Tədqiqatlar İnistitutunun şöbə müdiri – “Gəncə folklorunun və bütövlükdə qərb folklorunun toplanması ilə məşğuluq. Biz 4 iri həcmli bu şöbədə folklor ankologiyası hazırlanıb ki, hərəsi 400-500 səhifəlikdir. Orda folklorun bütün janrlarına aid nümunələr toplanıb. Novruz adət-ənənələri kitabımız çap olunb ki, oda məktəblərə paylanıb, mədəniyyət şöbəsi vastəsi ilə idarələrin bir çoxuna verilib. İki ildir biz Gəncə dialektinin leksikası adlı bir monoqrafiyyanın başlanğıcını qoymuşuq. Monoqrafiya ona görə hazır deyil ki, biz dil materiallarını toplayırıq. O da təxminən 60-70 səhifəlik lüğətimiz hazırdı”. 

Elnur Vahidoğlu