• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2349
— 07.11.2018 21:56

Nəvə nənəsinin ölümündə şübhəli bilinir

KepezTV Player

Ötən gün Bakının Nəsimi rayonu ərazisində törədilmiş qətllə bağlı xəbər vermişdik. Qanlı hadisənin üstü “isti izlər”lə açılıb. Belə ki, Ə.Hüseynzadə küçəsi, 81 saylı ünvanda baş vermiş yanğın söndürüldükdən sonra həmin evdə yaşayan, 77 yaşlı Tamilla Axundovanın üzərində bıçaq xəsarəti olan yanmış meyiti aşkar edilib. Bu barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında Bakı şəhər, Nəsimi rayon prokurorluqları və polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər aparılıb. Cinayətin Tamilla Axundovanın nəvəsi, 24 yaşlı Eldar Əfəndiyev tərəfindən tamah niyyəti ilə törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda cinayət işi üzrə Bakı şəhər prokurorluğunda zəruri istintaq tədbirləri davam etdirilir.