• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1466
— 07.11.2018 10:03

Robot istehsal edən robotlar işləyəcək

İsveçrədə fəaliyyət göstərən ABB beynəlxalq şirkəti Şanxayda "gələcəyin fabriki"nin inşasına 150 milyon dollar məbləğində vəsait yatırmaq niyyətini açıqlayıb. Gələcəyin fabrikində robotlar digər robotları istehsal edəcək. ABB şirkətinin press-relizinə əsasən, yeni müəssisənin 2020-ci ilin sonunadək istismara verilməsi planlaşdırılıb. Süni intellekt sahəsində rəqəmsal texnologiya, robot texnikası və qabaqcıl tədqiqatları birləşdirməyə imkan verəcək fabrikdə yeni növ robotlar işləyəcək, insanlar isə onların işinə nəzarət edəcək. ABB (Asea Brown Boveri Ltd.) elektrotexnika, enerji maşınqayırması və informasiya texnologiyaları sahəsində ixtisaslaşmış beynəlxalq şirkətdir. 1988-ci ildə İsveçin ASEA və İsveçrənin Brown, Boveri & Cie şirkətlərinin birləşməsindən sonra təsis edilib.