• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1680
— 07.11.2018 10:01

Audi Uill Smitlə çəkilən cizgi filmi üçün superkar hazırladı

Audi şirkəti və Blue Sky Studios studiyasının “Maskalanmış casuslar” (“Spies in Disguise”) adlı cizgi filmi üçün virtual avtomobil hazırlayıb. Baş rolu isə məşhur Hollivud aktyoru Uill Smit səsləndirir. RSQ e-tron, “Mən robotam” filmindəki Audi RSQ modelinin davamı hesab olunur. Həmin filmdə də baş rolu Uill Smit canlandırıb. Dizayn müəyyən qədər R8 superkarı və 680 at güclü PB18 e-tron prototipindəkinə bənzəyir. Cizgi filmdəki sportkar avtopilotlu, arxanı göstərən kamerası olan, holoqramlı alətlər paneli və müxtəlif “casus” cihazları ilə dolu elektrokardır. Cizgi filmi gələn ilin yay aylarında ekranlara çıxacaq.