• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1427
— 06.11.2018 15:43

Şəmkirdə atletika üzrə rayon birinciliyi keçirilib

KepezTV Player

Təhsil, Gənclər və İdman Nazilriklərinin, Milli Olimpiya Komitəsinin və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq, Şəmkir Olimpiya İdman Kompleksində Atletika idman növü üzrə rayon birinciyiliyi keçirilib. Rayon Birinciliyinin təntənəli açılış mərasimində çıxış edənlər Şəmkir rayonunda aparılan Dövlət İdman Siyasətinin uğurlarından geniş bəhs ediblər.  Rayonda idmanın kütləviliyinə nail olmaq üçün həyata keçirilən layihələrdən danışıblar. Çıxışlarda iştirakçıklara yarışın qaydaları haqqındada məlumat verilib. Daha sonra birinciliyə start verilib. Rayonun 78 məktəbinin 400-dən artıq şagirdi birincilik uğrunda mübarizə aparıb. Oğlan və qızlar arasında ayrı-ayrılıqda keçirilən biricilikdə atletlər 100 və 400 metr məsafəni qətt etməli olublar. Qalib olan komanda zona mərhələsində Şəmkiri təmsil etmək hüququ qazanıb.

Emin İsmayılov Şəmkir Rayon Gənclər və İdman İdarəsinin rəisi: Bu gün Şəmkirdə əsl idman bayarımıdır. Rayonda atletika üzrə açıq rayon birinciliyi keçirilir. Əsas məqsədimiz yeniyetmə və gənclərimizin istedadlarını müəyən etmək onların gələcəkdə peşəkar idmançı formalaşmasına öz dəstəyimizi göstərməkdir.

Natiq Hüseyn