• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1132
— 02.11.2018 14:39

Gəncədə uşaqlar peyvənd edilir

KepezTV Player

İlin əvvəlindən indiyə kimi Gəncədə 6 yaşa qədər olan 8 min 655 uşaq peyvənd olunub. Proses bu gün də davam edir və 11 xəstəliyə qarşı  aparılır.

Peyvənd edilən uşaqlar təhlükli viruslara yoluxmur və ya xəstəliyi yüngül formada keçirir. Həkimlər valideynləri ərazi poliklinikalarına müraciət etməklə övladlarının immun sistemini möhkəmlətməyə çağırır.

Mehriban Babayeva 3 № Uşaq Poliklinikasının baş həkimi:  “3 nömrəli Uşaq Poliklinikası Gülüstan ərazisinə xidmət edir. Ərazi üzrə qeydiyyatda 10647 uşaq var. Onlardan təqvimə uyğun olaraq il ərzində 1042 uşaq peyvənd olunasıdır. Hazırda 675 uşağımız peyvənd olunub. Valideynlərdən bəzisi olur uşağı peyvəndə gətirmək istəmir. Amma demək istəyirik ki, bütün peyvəndlərin olunması tövsiyyə olunur”.

Uşaq anadan olandan 6 yaşınadək müxtəlif xəstəliklərə qarşı peyvənd olunur. 

Leyla Nağıyeva sakin:  “Üç aylıq uşağım var, yoxlamağa  gətirmişəm. İlk peyvəndidir, hər dəfə sağ olsunlar evda gəlib yoxlayırlar. Peyvəndləri vaxtında vurulur”. 

Həqiqət Həsənova sakin:  “Mənim nəvəmin 6 yaşı var. Bu gündə peyvəndə gətirmişəm. Özləri zəng edib çağırırlar, vaxtlıvaxtında çağırırlar gətirib peyvəndi vurdururuq”.

Gəncədə 6 yaşa kimi 11 min 786 uşaq var. Onlar ərazi poliklinikalarında həftə ərzində təyin olunan qrafik üzrə peyvən edilir.

Almaz Tomiyeva Gəncə Şəhər GEM-in şöbə müdiri:  “Birinci vərəm əleyhinə, polimelit, hepatit, göy öskürəkdi, defteriyadı, tetanusdu, qızılcadı, paratitdi, məxmərəkdi, penamatokdu. Mən Gəncə şəhəri üzrə deyirəm 11 xəstəlikdən heç biri olmayıb”.

Yeni doğulan uşaqların adına olan peyvənd pasportunda 6 yaşa kimi 11 xəstliyə qarşı peyvəndin vurulma tarixləri də göstərilir.

Elnur Vahidoğlu