• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1220
— 02.11.2018 10:03

Lexus şərab sevənlər üçün özəl sedan hazırladı

Lexus şirkəti SEMA avtomobil şousuna ES 350 F Sport modelinin xüsusi versiyasını gətirib. 20 düymlük Rays təkərləri əldə edən sedanın baqajında şərab və qədəhlər üçün soyuducu quraşdırılıb. İçəri şərab bareli stilində palıd ağacından hazırlanıb. Şərab bölməsindən savayı maşın xüsusi rəngli təkərlər və Lexus ES Artisan Spirit aerodinamik kuzov qazanıb. Texniki baxımdan avtomobil dəyişməyib: kapotun altında 3,5 litrlik 306 at güclü motor qərarlaşıb. Mühərrik 8 diapazonlu avtomatik sürət qutusu ilə işləyir.