• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2135
— 01.11.2018 15:56

Şəmkirin Xuluf kəndinin sakinləri nədən narahatdır?

KepezTV Player

Şəmkirin Xuluf kəndində yerli sakinlərlə sahibkar arasında narazılıq yaranıb. Kənd əhli illərdir stadion kimi istifadə etdikləri ərazinin qanunsuz zəbt olunmasından şikayətçidir. Sahibkar isə həmin ərazini hərrac yolu özəlləşdirdiyini deyir.

Altay Cəmilli - sakin Elə olur gündə iki dəfə burada məşq edirik. Bizə sənəd təqdim edirlər ki, biz Bakıdan buranı almışıq.

Xuluf kənd sakinlərinin sözlərinə görə, 30 ildir stadion kimi istifadə etdikləri bu ərazi əvvəllər məktəb binasının inşası üçün nəzərdə tutulub. Hətta ilkin qazıntı işləri də aparılıb. Sonradan tikinti naməlum səbəbdən dayandırılıb.

Ərəbxan Məmmədov - sakin Əvvəldən bura məktəb olub. Sonra məktəb yarımçıq qaldı. Məktəbin bu sahəsini gənclər üçün futbol meydançası etmişik.

İftixar Vəliyev - sakin Sizdən çox xaiş edirəm kəndin 5 min əhalisi adından öz adımdan gənclərin adından bizim bu stadionumuzu qoruyun.

Məhərrəm Kazımov - sakin Konkret olaraq aidiyyatı orqanlardan xaiş edirəm bizim bu stadionumuzu qoruyun. Bizim uşaqlarımızın stadionunu hərraca çıxartmasınlar. Özümüzdə qalsın uşaqlarımızın ixtiyarında oslun.

Sakinlər deyirlər ki, Xuluf kənd tam orta məktəbi binasının bir hissəsi hazırda qəzalı vəziyyətdədir. Şagirdlər hər an uçma təhlükəsi olan sinif otaqlarında dərs alırlar.

Şəmkir Rayon Təhsil Şöbəsindən də stadion ərazisində vaxtilə məktəb binasının inşasına başlanıldığı, sonradan işlərin yarımçıq qaldığını təsdiqləyiblər. Eyni zamanda bildiriblər ki, həmin ərazi hazırda məktəbə aid deyil.

Firdovsi Aslanov Şəmkir Rayon Təhsil Şöbəsinin nümayəndəsi 90-cı illərdə 2 nömrəli Plankənd tam orta məktəbi üçün kəndin ərazisində müəyən ayrılıb və orada yeni məktəb binasının tikintisi nəzərdə tutulub. Düzdür o dövrlərdə həmin binanın bünövrəsi qoyulsada sonradan müəyən səbəblərdən bina yarımçıq qalıb. Bu gün rayon Təhsil Şöbəsi və Plankənd tam orta məktəbinin həmin əraziyə heç bir aidiyyatı yoxdur.

Məsələyə Xuluf kənd bələdiyyəsinin sədri İnqilab Ələkbərov da münasibət bildirib. Ələkbərov həmin ərazinin bələdiyyəyə məxsus olmadığını, bu səbəbdən də satışından xəbərsiz olduğunu deyib.

İnqilab Ələkbərov kənd bələdiyyəsinin sədri Onun bələdiyyəyə heç bir aidıyyatı yoxdur. Bələdiyyənin ixtiyarı yoxdur o ərazidə alqı-satqı apara və yaxudda bir iş görsün. Dövlət Fond Torpaqları əmlakın sərəncamında olan ərazidir.

Araşdırmalarla həmin torpaq sahəsini özəlləşdirən şəxsin Şəmkir sakini olduğu müəyyənləşib. Sahibkarın dediyinə görə, sözügedən ərazini sentyabr ayında hərrac yolu ilə özəlləşdirib və lazım olan sənədləri də var. O ki, qaldı gələcəkdə həmin ərazidən hansı məqsədlə istifadə olunacağına, sahibkar bununla bağlı narahtlığa əsas görmür və orada  müasir tələblərə cavab verən stadion, eləcə də digər sosial obyektlər inşa etdirəcəyini deyir.   

Eşqin Məlikov torpaq sahibi Şəmkir rayonunda hərrac keçirilib və həmin hərracda mən qardaşımla iştirak edib pulunu tam ödəyərək torpaq sahəsini almışıq. Məqsədimiz həmin kənddə müasir mini futbol meydançası idamn otağı və əzzaçılıq binası tikməkdir.

Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsindən ARB Kəpəz televiziyasına şifahi şəkildə bildirilib ki, Dövlət Fond Torpağı hesab edilən ərazidə yarımçıq tikili olduğundan açıq hərrac keçirilib və həmin sahə özəlləşdirilib.

Natiq Hüseyn