• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1256
— 31.10.2018 22:40

İki qardaşı avtomobil vurdu: biri öldü, digəri ağır yaralandı

KepezTV Player

Gəncədə iki piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza şəhərin Nizami Gəncəvi və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində qeydə alınıb. Gəncə sakini 28 yaşlı Arzu Abbasov idarə etdiyi "Wolksfagen Golf" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Gəncə sakinləri - 15 yaşlı İslam və onun qardaşı 13 yaşlı Amin Allahverdiyevi vurub. Qardaşlardan İslam Allahverdiyev hadisə yerində dünyasını dəyişib. Ağır xəsarət alan Amin Allahverdiyev isə Gəncə Şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına çatdırılıb. Tibbi yardımdan sonra özəl xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 Natiq Hüseyn