• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1140
— 31.10.2018 14:46

Şəmkirdə qan vermə aksiyası təşkil olunub

KepezTV Player

Şəmkir rayonunda növbəti qanvermə aksiyası keçirilib. Heydər Əliyev fondu və Səhiyyə Nazirliyinin təşəbbüsü ilə keçirilən aksiya Mərkəzi Rayon Xəstəxanasında təşkil olunub. Aksiyada idarə, təşkilat və müəssisələrin, eləcə də yerli özünüidarə etmə və hüquq-mühafizə orqanlarının əməkdaşları fəallıq nümayiş etdirib. Vətəndaşlar bir qayda olaraq əvvəlcə tibbi müayinədən keçirilib və səhhətində ciddi qüsuru aşkarlanmayan şəxslərdən 250 qram həcmində qan götürülüb. Qan vermə aksiyası 2 gün davam edəcək. Əhalini aktivliyi nəzərə alınmaqla 200 dən çox vətəndaşın donor olacağı proqnozlaşdırılır. Vətəndaşlardan toplanan qan nümunələri respublika qan bankına göndərilməklə irsi qan xəstəliyindən əziyyət çəkənlərə köçürüləcək. Şəmkir rayonunda sonuncu dəfə qan vermə aksiyası bir il bundan əvvəl keçirilib. Həmin vaxt 300-ə yaxın rayon sakini könüllü olaraq qan verib.