• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2023
— 27.10.2018 15:20

Azərbaycan Dövlət Aqrar Universitetində Akademik Cəlal Əliyevin 90 illiyi qeyd olunub

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetində “Akademik Cəlal Əliyev görkəmli bioloq və ictimai-siyasi xadimdir” mömzusunda inşa yazı müsabiqəsi keçirilib. Alimin 90 illik yubileyinə həsr olunan müsabiqəyə Aqronomluq fakültəsinin 100-dən artıq tələbəsi iştirak edib. Tələbələr Azərbaycan elminin, xüsusən də aqrar sahənin inkişafında əvəzsiz xidmətləri olan akademik Cəlal Əliyevin keçdiyi həyat yolu, ictimai-siyasi fəaliyyəti və elmə verdiyi töhfələri qələmə alıblar. Müsabiqənin qalibləri xüsusi mükafatlar və fəxri fərmanlarla təltif olunacaqlar.

Məhərrəm İsmayılov - ADAU-nun dekanı: Əsas məqsəd Cəlal müəllimin gördüyü işlər, o cümlədən biologiya sahəsinə, xüsusəndə taxılçılıqda yeni sortların yaradılmasına həsr olunmuş bütün işlərini tələbələrimiz araşdırırlar. Bu günki yazı müsabiqəsidə həmin araşdırmalar uyğun olaraq yazılır.  

Elnarə Astanova - tələbə: Burada ifadə etdiklərim ürəyimdən gələn hislərdir. Biz onu görməsəkdə, bizə onun haqqında müəllimlərimizdən onun yetirmələrindən faydalanırıq. Sevindirici haldır ki, onun yetirmələri bizlərə dərs deyir 

Leyla Əlizadə - tələbə: Bu gün ADAU-da dərslər üç dildə tədris olunur. Azərbaycan, rus, ingilis dillərində. Və mən ingilis bölməsində təhsil aldığım üçün inşamıda ingilis dilində yazdım. İnanıram ki, 1-ci yerin qalibi mən olaram.