• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 731
— 27.10.2018 15:09

Göygöl Dövlət Mahnı və Rəqs Ansamblı konsert verib

KepezTV Player

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının hesabat konserti olub. Bu, ansamblın filarmoniyanın yeni binasında ilk çıxışıdır. 1 saat 10 dəqiqə davam edən konsertdə xalq, bəstəkar mahnıları, muğamlarla yanaşı, rəqslər də tamaşaçıların könlüncə olub. Ansamblın 8 solisitinin bir-birindən maraqlı ifaları alqışlarla qarşılanıb.

Şahnaz Haşımova - Xalq artisti : Ümumi ansanbılın konsertidir. Mən bu gün Tofiq Bakıxanovun “Gözəlliklər məskəni”, Hacıbaba Hüseynovun “Tar çalan oğlan”, İzolda Babayevanın “O gözlər” mən heç bir zaman bu əsərləri oxumamışam”.

Sahil Quliyev - ansamblın bədii rəhbəri:  “Göygöl Dövlət  Mahnı və Rəqs ansambılı illər öncə rəqsləri çaldığı kimi bu gün də canlı ansambılın rəqsləri ifa olunacaq”.

Elnur Vahidoğlu