• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2324
— 26.10.2018 13:29

Gömrükçülərin uğurlu əməliyyatları

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana keçən "Mercedes" markalı avtomobil saxlanılıb.Azərbaycan vətəndaşına məxsus nəqliyyat vasitəsinə gömrük baxışı keçirilməzdən öncə avtomobilin sahibi gömrük bəyənnaməsinin bəndlərinə uyğun şifahi sorğu-sual edilib. Vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin sağ və sol yan karnizlərinin içindən hər birində 10 ədəd olmaqla 100 qutu pirotexniki vasitə aşkarlanıb. Daha bir halda isə "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının maşınından 5600 ədəd qaçaqmal siqaret aşkarlanıb. Faktlar araşdırılır.