• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 773
— 26.10.2018 13:30

Qaz sayğaclarına qənim kəsilən şəxs yaxalandı

KepezTV Player

Aparılan araşdırmalarla Mütəllim Əliyevin sentyabr ayından oktyabrın 22-dək olan müddətdə rayon ərazisində 12 həyətyanı sahədən qaz sayğaclarını oğurlaması müəyyən edilib. Saxlanılan şəxs ifadəsində bildirib ki, oğurladığı sayğacları sərfiyyatın azaldılması üçün qaz sayğaclarına müdaxilə edən ayrı-ayrı şəxslərin evlərində qeyri-qanuni yolla quraşdırıb.

Oğurlanan sayğacların bir neçəsi maddi sübut kimi aşkar olunaraq götürülüb. Araşdırma zamanı həmçinin saxlanılan şəxsin bir neçə il bundan əvvəl qaz xəttlərinin çəkilişi ilə məşğul olan pordatçı şirkətlərdən birində çalışdığı da məlum olub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Qeyd edək ki, Əliyevdən qanunsuz olaraq oğurluq qaz sayğacları alan, həmçinin onun vasitəsi ilə sayğaclara müdaxilə edərək dövlətə ziyan vuran vətəndaşların da şəxsiyyətlərinin müəyyən edilərək məsuluiyyətə cəlb olunmaları istiqamətində istintaq və əməliyyat tədbirləri davam etdirilir.