• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 794
— 23.10.2018 12:11

Daşkəsəndə valideynlərini ölümcül yaralayan oğul saxlanıldı

KepezTV Player

Daşkəsəndə ata və anasını ölümcül yaralayan şəxs indi əməlindən peşman olduğunu deyir. O, hadisədən sonra müxtəlif ünvanlarda gizlənərək məsuliyyətdən yayınmağa çalışsa da, polisin sayıqlığı nəticəsində saxlanılaraq istintaqa təqdim edilib.

Sentyabrın 13-ü axşam saat 19:00 radələrində Daşkəsən rayon Tapan kənd sakinləri 77 yaşlı İlyas Bağırov və həyat yoldaşı 66 yaşlı Tamara Bağırova ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Təcili və təxirəsalınmaz tibbi yardımlardan sonra hər iki şəxs həyati təhlükədən xilas edilib. Hadisə bağlı araşdırmalara başlayan Daşkəsən RPŞ-nin əməkdaşları ərlə arvada xəsarət yetirən şəxsin elə onların doğma oğlu - 47 yaşlı Firdovsi Bağırov olduğunu müəyən ediblər. Bağırovun axtarışlarına başlayan polis nəhayət ki, valideynlərinə bəla olan oğulun yerini müəyyən edərək onu saxlamağa müvəffəq olub.

Nadim Tağıyev müstəntiq: Daşkəsən rayon polis şöbəsinin istintaq qrupu tərəfindən Bağırov Firdovsi İlyas oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.01 və 126.2.3 cü maddələri ilə ittiham elan edilərək barəsində tutulma və axtarış elan edilərək qərar qəbul edilib. Daşkəsən rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtraış tədbirləri nəticəsində 23 oktybar 2018 ci il tarixdə həmin şəxsin tutulması təmin edilib.

Valideynlərinə küt və kəsici alətlərlə ağır bədən xəsarətləri yetirən oğul əvvəllər 6 il məhkumluq həyatı yaşayıb. Yenidən cinayət törədən Firdovsi Bağırov hadisə zamanı spirtli içkinin təsiri altında olduğunu deyib.

Firdovsi Bağırov saxlanılan şəxs: Araq içmişdim. İçkili evə gəldim. Evdədə özümü bilməmişəm münaqişəmiz olub. Peşmanam vurmuşam. Yəni elə bilmişəm ayrı adamla dalaşıram. Özümdə olmamışam. Əməlimə görə çox peşmanam. Özüm-özümü bağılaya bilmirəm. Xalqmıdanda atamdan anamdan üzr istəyirəm.

Ata və anasına ölümcül xəsarət yetirən Firdovsi Bağırovun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq davam etdirilir.

Natiq Hüseyn