Damazlıq quşlar qərb zonasında ən çox Göygöl rayonun kəndlərində saxlanılır. Bölgənin ördək ətinə olan təlabatı nəzərə alınaraq təsərrüfatlara xaricdən yeni damazlıq ördək cinsləri də gətirilib.
Göygöl rayonun Xəqani kənd sakini Taleh Hüseynov uzun illərdir ki, fermer təsərüfatı ilə məşğul olur. Ötən il o, təsərüfatına Rusiya Federasiyasından damazlıq pekin ördək cinsi gətirib. Ağ rəngli ördəklər çəkisinə, həm də yumurta qoyma qabiliyyətinə görə yerli növlərlə müqayisədə çox üstündür.
Taleh Hüseynov – fermer: “Bu sortun yerli sortlardan yumurta, bala kimi sortu çoxdu. Bunlar 95-100 ədəd yumurta verir və bunun birinci gəliri budur. Həm də çəki də çox fərqi var. Yerli sort 2-2,5 kq ət verirsə 5 kq kimi əti də olur. Fərqi də odur”.
Fermerin sözlərinə görə, bu ördəklərin mövsümi xəstəliklərə yoluxmaması, soyuğa davamlı olması onların üstün cəhətlərindəndi. O baxımdan təsərrüfatçıların bu cinsə marağı da çoxdur.
Taleh Hüseynov – fermer: “Satışda çətinliyimiz yoxdu. Sorta təlabat çoxdu. Qazax, Şəmkir, Gədəbəydən gəlirlər. Ördəyin gərək həmişə suyu, gölü ola. Bu yanvar ayından başlayır özündə kürü qoymağa, yumurtlaya hazırlaşır. Yemi də gərək yüksək ola. Ona görədə yemə vitaminlər qatıb veririk”.
Hazırda təsərrüfatda ördəklərin sayı 400-ə yaxındır. Ancaq gələn ilin sonuna kimi bu sayın 1000-ə çatdırılması planlaşıdırılır.
Elnur Vahidoğlu
- Baxış: 2565