• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1575
— 22.10.2018 13:12

Maşın oğruları saxlanıldılar

KepezTV Player

Bakıda maşın oğruları saxlanılıblar. Paytaxt sakini Abbas Cəfərov Xətai Rayon Polis İdarəsinə müraciət edərək ona məxsus “VAZ 2104” markalı avtomobilin naməlum şəraitdə qaçırıldığını bildirib. Əməliyyat tədbiri ilə cinayəti törətməkdə şübhəli bilinən Masallı sakini Samir Əsgərov və İsmayıllı sakini Haldun Səfərəliyev saxlanılıblar. Ətraflarında keçirilən əlavə əməliyyat tədbirləri ilə dəstə üzvlərinin “Opel” və “VAZ 2104” markalı daha iki maşını qaçırdıqları, həmçinin ehtiyat hissələrinin satıldığı mağazaların birindən 21 litr avtomobil yağı oğurladıqları da müəyyən edilib. Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.