• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1680
— 22.10.2018 13:15

Narkotiki torpağa basdıraraq gizlətdilər

KepezTV Player

Bakıda torpağa basdırılan narkotik aşkar olunub. Daxil olmuş məlumat əsasında Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər. Cəlilabad sakini Fərid Mirzəyev və qohumu, Qaradağ sakini, əvvəllər məhkum olunmuş Müslüm Barıyev 1 kiloqram 118 qram heroini satmaq istəyən zaman saxlanılıblar. Əməliyyat tədbirlərinin davamı olaraq Barıyevin Qızıldaş qəsəbəsində yaşadığı evin həyətinə də baxış keçirilib. Torpağa basdırılmış 2 kiloqram 76 qram tiryək də aşkar olunaraq götürülüb. Araşdırma zamanı məlum olub ki, narkotik vasitələr Fərid Mirzəyev tərəfindən qanunsuz yolla İrandan gətirilib. Bundan sonra o, Barıyevin də iştirakı ilə heroini və tiryəki paytaxta gətirərək satmağa çalışıblar. Fakt araşdırılır.