• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2191
— 22.10.2018 13:25

Evli qadını qaçıran kişi döyülərək öldürülüb

KepezTV Player

Qubanın Tülər kəndində ailəli qadını qaçıran kişi döyülərək öldürülüb. 25 yaşlı Aynur Əsədova həyat yoldaşının əmisi oğlu 26 yaşlı Elşad Əsədov tərəfindən qaçırılıb. Hadisədən sonra qızın atası Sadıq Dadaşov, qohumları Elman Muradov və Mətləb Muradov Elşad Əsədovu döyərək ona ağır bədən xəsarəti yetiriblər. Əsədov aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi də açıqlama yayıb. Məlumatda qeyd olunur ki, oktyabrın 19-da Quba Rayon Polis Şöbəsinə rayon sakini olan 25 yaşlı qadının itkin düşməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Araşdırmalarla qadının həmin gün ərinin qohumu tərəfindən öz razılığı ilə qaçırıldığı müəyyən edilib. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində Elşad Əsədovu döyərək öldürməkdə şübhəli bilinən bir neçə şəxs saxlanılıb. Faktla bağlı Quba rayon prokurorluğunda cinayət işi açılıb.