• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1213
— 19.10.2018 19:23

Gəncədə evdən külli miqdarda narkotik vasitə aşkarlanıb

KepezTV Player

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin əməkdaşları Gəncədə növbəti əməliyyatlarını keçirib. Nəticədə şəhər sakininin evindən külli miqdarda marixuana və digər narkotik vasitələr aşkarlanıb. Ev sahibi narkotiki zibillikdən tapdığını və müalicə üçün istifadə etdiyini deyib.

Elman Həsənov saxlanılan şəxs “Evimizin yanında zibillik var. Ora zibil atanda gördüm orada torbalar var. Dedim baxım görüm bu nədir. Bir az araladım, gördüm nə isə yaşıl bitkidir. Marağa düşdüm, dedim aparım, evdə baxım”.

Gəncə sakini Elman Həsənovun zibillikdən tapdığı yaşıl bitkilər onu  sözün əsl mənasında işə salıb. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Həsənovun yaşadığı Vəli Xuluflu küçəsindəki fərdi yaşayış evinə baxış zamanı oradan üç ədəd kisələrdə 25 kiloqram 850 qram marixuana, 1,391 qram çəkidə küstar üsulla hazırlanan həşiş qətranı və digər narkotik tərkibli toxumlar aşkarlanaraq, maddi sübut kimi götürülüb.

Ceyhun İsmayılov baş əməliyyat müvəkkili “Bildirdi ki, onda külli miqdarda narkotik vasitə olan marixuana var. Həmin marixuananı evin yaxınlığında yerləşən shaibsiz ərazidən tapıb. Evində qurudub və özü istifadə etmək üçün saxlayıb. 

Aşkarlanan narkotik ekspertizaya təqdim edilib. Əvvəllər bir dəfə məhkumluq həyatı yaşayan Elman Həsənov əməlinə özünə məxsus şəkildə haqq qazandırmağa çalışıb. O ifadəsində bitkilərin narkotik vasitə olduğunu  sonradan bildiyini və onlardan müalicə məqsədilə istifadə etmək istədiyini deyib. 

Elman Həsənov saxlanılan şəxs “Gördüm ona oxşar şeydir. Dedim bəlkə bir qurudaram, özüm üçün yavaş-yavaş çəkərəm. Dedim arada bir qurudub, çəkərəm canımın ağrılarını götürər”.

Elman Həsənovun barəsində toplanan material araşdırılması üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

 

Natiq Hüseyn