• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 794
— 18.10.2018 22:42

Gədəbəydə at oğrusu tutulub

KepezTV Player

Gədəbəydə mal-qara oğurluğu ilə məşğul olan şəxs saxlanılıb. Araşdırmalar zamanı onun əvvəllər də analoji cinayətlər törətdiyi üzə çıxıb.

Sentyabrın 14-ü saat 16:00 radələrində Gədəbəy rayonunun Çalburun kəndi ərazisindən mal-qara oğurluğu barədə rayon polis şöbəsinə ərizə daxil olub. Dərhal əməliyyat axtarış tədbirlərinə başlayan asayiş keşikçiləri şübhəli kimi elə həmin kənddə yaşayan 23 yaşlı Aslan Tağıyevi saxlayıblar. Şöbədə dindirilən Tağıyev oğurluq etdiyini boynuna alıb. Araşdırmalarla  onun əvvəllər də mal-qara oğurluğu ilə məşğul olduğu müəyyən edilib.

Nicad Hüseynov müstəntiq: Tağıyev Aslan Rail oğlu bundan başqada oğurluq cinayəti törədib. Belə ki o Govdu adlanan ərazidən 7 rəst at və Gədəbəy şəhəri ərazisindən 7 baş quzu oğurlayıb.

Aslan Tağıyev qara əməllərə ötən ildən başladığını, oğurladığı atları və mal-qaraları isə müxtəlif heyvan bazarlarında satdığını deyib.

Aslan Tağıyev saxlanılan şəxs: Govdu yaylağından gətirib Gədəbəy rayonunun mal bazarında satmışam. Bir yerdə 3 at bir daylaq olub. Bir ildə 3 at bir dana olub. Gətirib satmışam. Rayondanda 7 quzu olub. 4-nü bir 3-də bir aparmışam. 

Hazırda Aslan Tağıyevin əməllərindən zərər çəkənlərin sayı müəyənləşdirilir.

Natiq Hüseyn