• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1870
— 16.10.2018 16:41

Şəmkirdə sahibkarlığın inkişafı üçün imkanlar genişləndirilib

KepezTV Player

Bu il Şəmkir rayonuna yatırılması planlaşdırılan 107 milyon manat investisiya hesabına 3000-ə yaxın iş yerinin açılacağı proqnozlaşdırılır. Sahibkarlığın İnkişafı Fondu tərəfindən 26 layihə üzrə ayrılan 1 milyon 809 min manat güzəştli kredit isə 381 nəfərin məşğulluğunun təminatına imkan verəcək. Şəmkirdə bu ilin 9 ayının yekunlarının müzakirə edildiyi toplantıda rayonda ümumdaxili məhsul buraxılışında, kənd təsərrüfatı və sənayedə artım müşadiə olunduğu, abadlıq və quruculuq işlərinin davam etdiyi bildirilib. Mərkəzi Xəstəxana Kompleksində, 100 yerlik körpələr evi uşaq bağçasında, 54 mənzilli yaşayış binasında eləcə də Kür qəsəbə 2 saylı tam orta məktəbdə tikinti təmir işləri başa çatmaq üzrədir. Şəmkir şəhər 3 saylı körpələr evi uşaq bağçası üçün əlavə tədris korpusunun inşaat işləri də davam etdirilir. İclasda görülən işlərlə yanaşı buraxılan nöqsanlar da ətraflı təhlil edilib. Aidiyyatı struktur rəhbərləri qarşısında konkret tələblər qoyulub.

Natiq Hüseyn