• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 738
— 16.10.2018 16:37

Gəncədə tikilən yeni su anbarı 70 min sakini su ilə təmin edəcək

KepezTV Player

Gəncədə Su və Kanalzasiya layihəsinin dörüdüncü mərhələsi çərçivəsində görülən işələrin 60 faizə yaxın başa çatıb. Kanalzasiya kollektırları, şəhərin mərkəz hissəsinin su və kanlazasiya şəbəkəsinin çəkilməsi eləcə də ehtiyat su anbarının inşası yekunlaşıb. Dörüdüncü mərhələ çərçivəsində ötən ilin sonundan başlayaraq Cavadxan qəsəbəsində həcmi 5 min kub metr olan ehtiyat su anbarının tikintisi isə davam edir. Beton işlər başa çatan anbarın girişində siyirtmə kamerasının və boruların quraşdırılması işləri görülür. Su anbarına Qızılqaya və Şəmkirçay su mənbəyindən 710 mm-lik magistral su xətti çəkilib. Anbara yığılan içməli sudan Gəncə şəhərinin 70 min nəfər əhalisinin  istifadə edilməsi nəzərdə tutulub. Gəncədə Su və Kanalzasiya layihəsinin dörüdüncü mərhələsi 2019-cu ilin sonlarına yekunlaşacaq. İşlər başa çatdıqdan sonra anbar tam olaraq dezinfeksiya olunub, şəhər əhalisinin istifadəsinə  veriləcək.

Orxan Abdullayev layihənin baş topoqrafı:Müasir siyirtmələrimiz vastəsi ilə hər hansı təmir, tikinti və yaxudda gələcəkdə baş verə biləcək, qəzaların qarşısını almaq üçün müasir texnikalardan istifadə olunaraq bu su anbarına heç bir zərər dəymədən bütün təmir işləri aparmaq mümkün olacaq. “Azərsu ASC” tərəfindən verilmiş layihə əsasən gələcəkdə daha bir 5 min kub metrlik su anbarının da tikintisi nəzərdə tutulub.