• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2083
— 15.10.2018 14:39

Samuxda 9 ayın yekunları müzakirə olunub

KepezTV Player

Samuxda cari ilin 9 ayının yekunları müzakirə edilib. Hesabat dövründə rayon üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə sənayedə 36,8, kənd təsərrüfatında isə 25,7 faiz artım müşahid olunub. Sahibkarlığın İnkişafı Fondu tərəfindən rayonun kənd təsərrüfatı ilə məşğul olan iş adamlarına 131 milyon manatdan çox güzəştli kredir verilib. Bu il rayon üzrə 247-si daimi olmaqla 459 iş yeri yaradılıb. Yığıncaqda qarşıdan gələn qış mövsümünə hazırlıqladan da danışılıb. Əhalinin qaz, işıq və su ilə təchizatı istiqamətndə görülən işlər, eləcə də həlli vacib digər məsələlər geniş müzakirə olunub. Sonda prezident İlham Əliyevin sərənmcamı ilə təltif edilən Samux rayon İcra Hkiamiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Qəzənfər Əliyevə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilib.

 

Natiq Hüseyn