• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1262
— 15.10.2018 13:36

Mobil operatorlara məxsus baza stansiyalarından oğurluq edilib

KepezTV Player

Paytaxtın Nizami rayonu ərazisində mobil operatorlardan birinə məxsus baza stansiyalarından hər birinin dəyəri 450 manat olan 12 ədəd akkumlyatorun naməlum şəraitdə oğurlanması barədə 25-ci Polis Şöbəsinə şikayət daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni tərətməkdə şübhəli bilinən şəxslər qısa zamanda müəyyən edilərək yaxalanıb.

İstintaq zamanı məlum olub ki, Rasif Hüseynov 3 ilə yaxındır oğurluq edilən şirkətlə əməkdaşlıq edir. Bu səbəbdən o, baza stansiyalarının yerini əvvəlcədən bilib. Oğurluq hadisələri zamanı isə akkumlyatorlar Xəyal Zeynalova məxsus yük maşını vasitəsilə daşınaraq əlvan metal qəbulu məntəqələrinə satılıb.

Faktla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.