• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2164
— 11.10.2018 16:31

Ağstafada yol polisi məktəbliləri marifləndirib

KepezTV Player

Yol-nəqliyyat hadisələrinin qarşısının alınması və şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə sentyabrın 15-dən oktyabrın 15-dək respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı davam etdirilir. Ağstafa Rayon Dövlət Yol Polisi bölməsinin əməkdaşları da rayonun məktəblərində hərəkət iştirakçılarının məlumatlandırılması məqsədilə maarifləndirici görüş keçirir. Şagirdlərə yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçidlərinin əhəmiyyətindən danışan polis əməkdaşları, nişanlardan düzgün istifadə qaydaları haqqında məlumat verib. Şagirdlərə sıx və intensiv olan küçələrdə hərəkət edərkən daha ehtiyatlı olmaları aşılanıb. Yol ayrıclarında piyada keçidlərindən istifadənin vacibliyi vurğulanıb. Tədbirin sonunda polis əməkdaşları tərəfindən şagirdlərə piyada keçidindən istifadə qaydaları əyani şəkildə göstərilərək, onlara hərəkətin təhlükəsizliyi barədə tövsiyyələr verilib.

Asif Qasımov Ağstafa DYP bölməsinin baş inspektoru: Bütün məktəblərdə mütəmadi olara görüşlər keçirilir. Görüş zamanı təlimatlarımızı veririk. Onlara yolun hansı hissəsindən hansı hissəsinə keçməsi barəsində ətraflı izahatlar verilir. İşıqforun hansı işığında hərəkət etməli hansı işığında gözləməli olduqları başa salınır. Yol hərəkət haqqında qanunun müəyən maddələri barədə ilkin bilgilər verilir.

Natiq Hüseyn