• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1133
— 10.10.2018 23:36

Şəmkir sakini qonşusunun qızıllarını oğurlayıb

KepezTV Player

Şəmkirdə mənzillərin birindən xeyli miqdarda qızıl zinət əşyaları oğurlanıb. Polis bu dəfə də oğrunu kənarda deyil, qonşuluqda tapıb. Artıq oğurlanan qızıllar da müəyən edilərək, maddi sübut kimi götürülüb.

Şəmkir rayon polis şöbəsinə Qədimqala kənd sakininin mənzilində oğurluq hadisəsi baş verməsi barədə məlumat daxil olub. Zərərçəkənin müraciəti əsasında hadisə yerinə baxış keçirən əməliyyat istintaq qrupu tərəfindən ev sahibinə məxsus 2 min manat dəyərində qızıl zinət əşyasının oğurlandığı müəyyən edilib. Axtarış tədbirlərinin davamında  oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkənin qonşusu 22 yaşlı Salman Qurbanzadə saxlanılıb.

Elvin Gözəlov müstəntiq Şəmkir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq cinayətinin 1996 cı il təvəllüdlü Qurbanzadə salman Əfqan oğlu tərəfindən törədildiyi müəəyn edilib və oğurlanan qızıllar aşkarlanaraq maddi sübut kimi götürülüb.

Müəyən edilib ki, Salman Qurbanzadə oğurladığı qızıllları Şəmkir şəhərində banklardan birinə girov qoyaraq, pul götürüb. Həmin məbləği isə özünə xərcləyib.

Salman Qurbanzadə saxlanılan şəxs Baxdım qapıları bağlıdır. Pəncərədən içəri keçdim. Qıızl tapıb götürdüm. Sonra aparıb lambarda qoyub pul götürdüm.

Faktla bağlı Şəmkir rayon polis şöbəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq tədbirləri davam etdirilir.

Natiq Hüseyn