
Microsoft məhsullarını yeniləməkdə davam edir. Növbəti yenilənməyə Surface Studio monobloku məruz qalıb. Yaradıcı insanlar üçün nəzərdə tutulmuş personal kompüter 28 düymlük ekran, 1 və ya 2 terabayt həcm, 16 və ya 32 Qb operativ yaddaşa yiyələnib. Yeni prosessorlar və videkartlar məhsuldarlığı 35 faiz artıb. Qrafikanın işini isə indi 50% daha yüksək qiymətləndirmək olar. Microsoft Surface Studio 2-nin satışları 15 noyabrdan başlayacaq. Intel Core i7 prosessorlu 16 QB operativ və 1 TB əsas yaddaşlı monoblok 3500 dollardır.
- Baxış: 574