Bakı-Quba yolunda yük maşını piyadanı vurub. Hadisə magistralın 50-ci kiliometrliyində, Sumqayıt şəhəri ərazisində baş verib. Yolda təmir işləri apararkən Kəlbəcər rayonu Otaxlı kənd sakini 39 yaşlı Etibar Xanlarov idarə etdiyi "Shacman" markalı yük maşını ilə arxaya doğru hərəkət edərkən piyada Məzahir Mustafayevi vurub. Laçın sakini olan 44 yaşlı Mustafayev hadisı yerində dünyasını dəyişib.
Kürdəmirdə də piyadavurma faktı qeydə alınıb. Muradxan kənd sakini, 21 yaşlı Arif Mahmudovu yolu keçmək istəyərkən "VAZ-21015" markalı avtomobil vurub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində qəza qeydə alınıb. KİA markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə Gürcüstan vətəndaşları olan üç nəfər - Aleksi Qusaraşvili, Vano Makaraşvili və Beşik Suxuşvili ağır yaralanıb. Avtomobilin sürücüsü, Sabirabad rayon sakini Rəsul Abışovun vəziyyəti isə qənaətbəxşdir.
- Baxış: 472