• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1627
— 08.10.2018 14:45

Qərb derbisində “Göyəzən” qələbə qazandı

KepezTV Player

AFFA-nın bayrağı altında təşkil olunan Region Liqasında 2018/2019 mövsümünə start verilib. İkinci ildir ki, reallaşan çempionat zonalar üzrə keçirilir. Şimal və Qərb regionlarını birləşdirən yarışda 7 komanda mübarizəyə qoşulub. Liqada qərb zonasından iki kollektiv qüvvəsini sınayır. Elə çempionatın açılış turunda həmin komandalar - Qazax və Gəncə təmsilçiləri qarşılaşıb. “Göyəzən” doğma meydanda yeni yaradılan “Qoşqar”ı qəbul edib. Əsasən yerli yeniyetmə və gənclərdən formalaşdırılan sonuncular səfərdə rəqibinə 0:2 hesabı ilə uduzub. Təcrübəli qazaxlılar hər iki qolu oyunun sonlarına az qalmış vurub. Region Liqasında 2-ci turun oyunları oktyabrın 13-14-də keçiriləcək. “Göyəzən” “Şəki”nin qonağı olacaq, “Qoşqar” isə Gəncədə Qaxın “Kümruk” komandası ilə üz-üzə gələcək.

 

Azad Rəfi