• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2514
— 08.10.2018 13:16

Kişi həmkəndlisini, dayı bacısı oğlunu qətlə yetirdi

KepezTV Player

Cəlilabadda qətl törədilib. Rayonun Privolnoye kəndində 34 yaşlı Ceyhun Novruzovla həmyaşıdı və həmkəndlisi Gülbala Quliyev arasında şəxsi münasibətlər zəminində münaqişə yaranıb. Quliyev öz evində Novruzova ürək nahiyəsindən 2 bıçaq zərbəsi vurub. 3 uşaq atası olan Ceyhun Novruzov aldığı xəsarətlərdən dünyasını dəyişib. Gülbala Quliyev könüllü şəkildə polisə təslim olub. Cəlilabad rayonunda daha bir analoji cinayət törədilib. Qarazəncir kəndində 57 yaşlı Mehman Cəfərov evinə qonaq gəlmiş bacısı oğlu 24 yaşlı Ramil Manafovla aralarında yaranan mübahisə zəminində ona döş qəfəsindən xəsarət yetirib. Manafov xəstəxanaya aparılan zaman aldığı xəsarətdən dünyasını dəyişib. Hadisəni törədən Mehman Cəfətov saxlanılıb. Hər iki fakt üzrə cinayət işi açılıb.