• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1740
— 04.10.2018 14:05

Döyülən qadın və kişi xəstəxanalıq oldu

KepezTV Player

Zaqatalanın Yuxarı Tala kənd sakini Ləman İbrahimova bədənin çoxsaylı sıyrılmış və əzilmiş xəsarəti ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına daxil olub. Qadın müayinə zamanı qayınanası və həyat yoldaşı tərəfindən döyülərək xəsarət aldığını deyib. Ona lazımi tibbi yardım göstərilib, müalicəsi xəstəxananın Travmatologiya şöbəsində aparılır.

Ağstafa rayonunda isə Türkiyə vətəndaşı naməlum şəxslər tərəfindən döyülüb. 36 yaşlı Fatih Bahdiyar küçədə gedərkən bir neçə nəfərin hücumuna məruz qalıb. Müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən Bahdiyarın vəziyyətinin orta-ağır olduğu bildirilir.Ağstafa rayonunda qonaq olduğunu bildirən şəxs bundan öncə də həmin şəxslərin hücumuna məruz qaldığını bildirib. Faktlarla bağlı araşdırmalar aparılır.