• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2230
— 02.10.2018 16:08

Gəncə şəhər rəhbərliyi sakinlərlə səyyar görüş keçirib

KepezTV Player

Yaşayış binalarının qarşısına asfalt örtüyünün salınması, ərazilərin məişət tullantılarından təmizlənməsi, dam örtüklərinin dəyişdirilməsi, binaların qarşısında uşaq meydançalarının salınması, xeyr-şər mağarının bərpa edilməsi kimi məsələlər bu dəfə Gülüstan qəsəbəsinin sakinləri tərəfindən səsləndirilib. Gəncədə şəhər rəhbərliyi ilə sakinlərin səyyar görüşündə 40-a yaxın vətəndaş eləcə də  işlə təmin olunmaq, əlilliyi olan şəxslərin müalicəsində köməklik, mənzillərə orderlərin verilməsi kimi müraciətlər də edilib. Səsləndirilən problemlərin həllini tapması üçün araşdırılaraq aradan qaldırılması aidiyyatı qurum rəhbərlərinə tapşırılıb.