Bu günə xəbərlərin oxunma sayı: 666
—
02.10.2018 15:16
At arabası aşdı, 42 yaşlı kişi xəsarət aldı
KepezTV Player
Hacıqabul rayonunda bədbəxt olay yaşanıb. Abdulabad kənd sakini, 42 yaşlı Nuhbala Zeynalov idarə etdiyi at arabasını aşırıb. Nəticədə o, arabanın altında qalaraq ağır bədən xəsarətləri alıb.Yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Zeynalovda onurğa sınığı və digər çoxsaylı sınıqlar aşkar olunub. Xəstənin vəziyyəti ağır qiymətləndirilir.Faktla bağlı araşdırma aparılır.
- Baxış: 784
