• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 741
— 01.10.2018 14:34

Aşağı yaşlı futbolçuların Azərbaycan birinciliyinə start verilib

KepezTV Player

AFFA-nın təşkilatçılığı ilə baş tutan aşağı yaş qruplarının ölkə birinciliyində yeni mövsümə start verilib. Oyunlar 6 region üzrə keçirilir. Qərb – Gəncə regionu üzrə birincilik iki zonada – Tovuz və Gəncədə təşkil olunub. Nizami yurdunda ev sahibləri ilə yanaşı, Göygöl və Samux təmsilçiləri də mübarizəyə qoşulub. Yarışlar 10-14 yaşarası 5 yaş qrupunda reallaşır. Birincilikdə 40 komanda qüvvəsini sınayır. Kollektivlər əvvəlcə ilkin mərhələ hesab olunan seçmə turlarda iştirak edəcək. Daha sonra qruplarda özünü ən yaxşı tərəfdən göstərən komandalar pley-offda yarışacaqlar. 

 

Azad Rəfi