• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1301
— 28.09.2018 13:22

Mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 8 nəfər yaralandı

KepezTV Player

Sabirabadda mikroavtobus yük maşını ilə toqquşub. Nəticədə 6-sı qadın, 2-si kişi olmaqla 8 nəfər xəsarət alıb. Hadisə səhər saatlarında rayonunun Polad Toğay kəndi ərazisində qeydə alınıb. Qarağac kənd sakini, Cəmaləddin Əliyev idarə etdiyi mikroavtobusla işçiləri istixanaya aparan zaman ikiqoşqulu “Kamaz” markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində sürücü, mikroavtobusda olan Polad Toğay kənd sakinləri - Qəmər İsayeva, Gülşən Şahquliyeva, Şəfiqə İbadova, Lətifə İsayeva, Oral Eyvazov, Bircəqız İslamova, Zinaida Cəfərova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili yardım maşınları ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır.