Hadisə Salyan şəhərində Əli bəy Hüseynzadə və Ənnağı Hüseynov küçələrinin kəsişdiyi yerdə qeydə alınıb. Belə ki, Salyan şəhər sakini, 27 yaşlı Hikmət Əliyevin idarə etdiyi “Mersedes” markalı avtomobillə Neftçalanın Kürqarabucaq kənd sakini, 28 yaşlı Rafiq Həsənlinin idarə etdiyi “Niva” markalı avtomobil toqquşub. Zərbənin təsirindən yolun kənarına düşən avtomaşınlar ciddi zədələnərək dəmir yığınına çevrilib. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü, həmçinin “Nivada olan Salyan sakinləri, 26 yaşlı Soltan Hüseynli və 27 yaşlı Əziz Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılarkən “Niva”nın sürücüsü yolda keçinib. Digər 3 nəfər xəstədən ikisi isə həkimlər tərəfindən ilk tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdiriliblər. Əziz Hüseynov isə ambulator müalicəyə buraxılıb.
Nurlan Hüseynov travmatoloq:bu gün günorta saatlarında Salyan rayon ərazisində avto qəza baş vermişdi. 4 nəfər xəsarət almış xəstəxanaya gətirilmişdi. Həmin onlardan biri vəfat etmiş, qalan üçünün ikisinin vəziyyəti orta-ağırdır, reanimasiya şöbəsinə yerləşdirilib, bir nəfər isə yüngül bədən xəsarəti aldığından evə buraxılıb.
Qəzanın səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 602