• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1791
— 25.09.2018 14:07

Bir ailənin iki üzvü qidadan zəhərlənib

KepezTV Player

Neftçalada qidadan zəhərlənmə olub.Bankə qəsəbəsində qeydə alınan hadisə zamanı bir ailənin iki üzvü zəhərlənib. Qəsəbə sakinləri, 39 yaşlı Nuranə Məmmədova və 11 yaşlı Davud Məmmədov axşam saatlarında bir neçə gündən qalma kotlet yedikdən sonra qəfil halları pisləşib. Onlar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Tibbi yardımdan sonra isə ambulator müalicəyə buraxılıblar.