• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1851
— 21.09.2018 13:11

Çay evində güclü yanğın

KepezTV Player

Paytaxtın Nobel prospektində yanğın qeydə alınıb. FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xətai rayonunda yerləşən tikilidə alov meydana gəlib. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. 1-ci mərtəbəsi avtoyuma və avtomobil təmiri sexi, 2-ci mərtəbəsi çay evi kimi fəaliyyət göstərən binanın yanar konstruksiyaları yanıb. Alov söndürülüb. İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.