• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 934
— 21.09.2018 13:19

Nişanlısı ilə qəzaya düşdü

KepezTV Player

Şəkidə də qəza baş verib. Kiş kəndinə gedən yolda Şəki sakini 22 yaşlı Möhlüd Salamovun idarə etdiyi "Opel Vectra" markalı avtomobil yoldan çıxaraq dağa çırpılıb. Nəticədə sürücü və nişanlısı 21 yaşlı Şirvan sakini Ceyhunə Əmrahova xəsarət alıb. Onları dərhal Şəki RMX-na çatdırıblar. İki şəxsə də tibbi yardım göstərilib. Ceyhunə Əmrahovanın sol said bayır səthində kəsilmiş yara, Möhlüd Salamovun isə sol əlində kəsik və baş nahiyəsində sıyrıq qeydə alınıb. Hər iki şəxsin vəziyyəti yüngül qiymətləndirilir. Faktla bağlı Şəki DYPB tərəfindən araşdırma aparılır.