Qərb bölgəsində ən böyük taxıl toxumu istehsal edən Kənd Təsərrüaftı Nazrliyinin Göygöl Kənd Təsərrüfatı İstehsalat Müəssisəsində fermerlərə güzəştli şərtlərlə toxum satışı həyata keçirilir. Bu il müəsisəyə yığılan bol taxıl toxumu regonun fermerlərin bu sarıdan heç bir problemi olmayacağını deməyə əsas verir.
Gədəbəy rayonundan gəlmişəm, buradan toxum almağa. Keçən il 10 ha taxıl səpmişəm. Çox yüksək keyfiyyətli məhsul götürdüm. Buranın toxumunun keyfiyyəti çox yüksəkdi. 20 ha yuxarı taxıl əkəcəm. Bu il də gəlmişəm ki, buradan toxum aparım.
Ötən ilin payızında Göygöl Kənd Təsərrüfatı İstehsalat Müəsisəsinin 365 ha əkin sahəsində taxıl əkilib və 1400 t məhsul biçilib. Biçilən məhsuldan da 700 tonu taxıl toxumu anbarlara yığılıb. Toxum Göygöl Regional Toxum Sertifikatlaşdırılması laboratoriyasında yoxlanılıb və satışına Kənd Təsərüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti tərəfindən icazə verilib. Satılan toxum torbasının üzərinə bitkinin adı, sortu, reproduksiyası, istehsal ili, dərmanlamada istifadə olunan pestisidin adı, eləcə də istehsalçının adı və ünvanı yazılıb.
Rasim Şəfiyev Göygöl Kənd Təsərrüfatı İstehsalat Müəssisəsinin direktoru:Tonu 550-600 dollara başqa dövlətlərdən bizə gəlirsə, hazırda biz onu çox ucuz qiymətə 1 kiloqramın 40 qəpiyə satırıq. 40 qəpiyə toxum alıb sahəyə səpmək fermer üçün çox əlverişlidir. Bu gün kənardan 80-90 qəpiyə kənardan almaqdansa Azərbaycan istehsalı olan, yerli şəraitə uyğunlaşmış, məhsuldar toxum almaq çox sərf edir
Hazırda müəsisənin anbarlarında arpa və elit məhsuldar buğda toxumları var.
Rasim Şəfiyev Göygöl Kənd Təsərrüfatı İstehsalat Müəssisəsinin direktor:Bütün fermerlərə taxılı optimal müddətdə səpsinlər. Bizdən instruksiya götürsünlər. Hər hektara neçə kiloqram səpilməlidir, hansı kübrələrlə səpilməlidir, nə vaxt sulanmalıdır bütün bunları bir toxumçu kimi bütün fermerlərə, fiziki şəxslərə o tövsiyyəni verməyə hazırıq.
Ötən il Göygöl Kənd Təsərrüfatı İstehsalat Müəsisəsində yığılan taxıl toxumu 97 fermerə satılıb. Müəssisə fermerləri yüksək məhsul verən toxumlarla təmin etmək üçün dövriyyəyə qatılacaq torpaq sahələrində yeni sortlar əkməyi planlaşdırır.
- Baxış: 155