• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1206
— 20.09.2018 15:20

Aşura günü ilə əlaqədar Gəncədə iki yerdə qanvermə aksiyası keçirilib

KepezTV Player

Mərkəzi Qan Bankının Gəncə filialında və İmamzadə ziyarətgahında təşkil edilən aksiyaya şəhər üzrə 14 həkim briqadası ayrılıb və təcili tibbi yardım avtomobilləri şəhərin mərkəzindən İmamzadə ziyarətgahınadək olan əraziyə əvvəlcədən müəyyənləşdirilmiş məntəqələrə təhkim ediliblər. İmamzadə ziyarətgahına yaxın bütün tibb müəssisələri, eləcə də Abbas Səhhət adına Gəncə Şəhər Xəstəxanası, Uşaq Xəstəxanası və 5 saylı Poliklinika gücləndirilmiş iş rejiminə işləyir. Aksiyanın keçirildiyi İmamzadə ziyarətgahında 42 nəfərin eyni vaxtda qanverməsi üçün hər bir şərait yaradılıb. Qanvermə məntəqələri və briqadalar zəruri dərman və tibbi vasitələrlə təmin edilib. İki həkim briqadası sentyabrın 19-dan etibarən İmamzadə ziyarətgahına təhkim edilib. Bu briqadalar könüllülərin qanvermə prosesini təşkil etməklə yanaşı, zərurət yarandıqda İmamzadəyə ziyarətə gələnlərə ilkin tibbi xidmət göstərir.

Namiq Mustafayev donor: Qanvermə aksiyasında könüllü iştirak etdik. Bilirik ki, bu hansısa xəstəliklər üçün lazımlıdır, bunun üçün də gəlib iştirak elədik.

Saləddin Abbasov donor:Bilirəm ki, bu müəyyən xəstələrin müalicəsində lazımlıdır. Bu aksiyanı təşkil edənlərə öz minnətdarlığımızı bildiririk.

Tahirə Məmmədova Mərkəzi Qan Bankının Gəncə bölməsinin müdiri: siz bilirsiz ki, bu götürdüyümüz qanlar talasemiyalı, hemofiliyalı xəstələr üçün istifadə edirik. Qərb bölgəsində 300-ə qədər talasemiyalı, hemofiliyalı xəstələr var. Bu xəstələr üçün donor qanı çox zəruridir. Götürdüyümüz qanlar həmin xəstələr üçün istifadə olunur. Bu saata qədər 247 nəfərdən qan götürmüşük.